
Səudiyyə Ərəbistanının rəhbərliyi Azərbaycan Prezidentini təbrik edib
Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və ölkənin vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər.
Kral Salman bin Əbdüləziz Al Səud təbrik məktubunda dövlət başçısına ən səmimi arzusunu çatdırıb, Azərbaycan xalqına və hökumətinə davamlı inkişaf və rifah diləyib.
O, həmçinin iki dost ölkə arasında mövcud olan qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd edib.
Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da öz növbəsində Azərbaycan liderinə ünvanladığı təbrikdə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənin isə daha çox tərəqqi və firavanlıq qazanmasını arzulayıb.




