
Serbiyada seçkilər: Aleksandr Vuçiçin bloku məğlubiyyətlə üzləşdi
Serbiyada keçirilən seçkilərdə Aleksandr Vuçiç rəhbərlik etdiyi blokun məğlubiyyətini etiraf edib.
Balkan ölkələrində uzun müddətdir ki, “kiçik Putin” ləqəbi ilə tanınan Serbiya lideri Aleksandr Vuçiç seçkilərdə məğlubiyyətlə üzləşib. Ukraynalı ictimai-siyasi xadim Viktor Taranın məlumatına görə, Serbiya Proqressiv Partiyasının qərargahında çıxış edən Vuçiç səsvermənin nəticələrinə əsasən məğlubiyyətini qəbul edib.
İlkin rəqəmlərə əsasən, “Tələbə siyahısı” adlandırılan blok səslərin təxminən 52 faizini qazanaraq parlamentdə 135-140 yerə sahib olub. Vuçiçin rəhbərlik etdiyi blok isə 39 faiz səs toplaya bilib və təxminən 105 mandat əldə edib. Qeyd etmək lazımdır ki, Vuçiç bu seçkilərdən əvvəl prezidentlikdən istefa verərək baş nazirliyə namizəd kimi partiya siyahısına başçılıq etmişdi.
“Tələbə siyahısı” hərəkatı 2024-cü ilin noyabrında Novıy Sad şəhərində baş verən faciəvi hadisədən sonra formalaşıb. Bu hərəkatın əsasını tələbə plenumları tərəfindən müəyyən edilmiş alim, müəllim, rəssam və digər nüfuzlu şəxslərdən ibarət 250 namizəd təşkil edib.
Seçkilərdə qalib gələn qüvvələrin proqramı xüsusi prokurorluq polisinin yaradılmasını, qeyri-şəffaf infrastruktur layihələrinin araşdırılmasını və məmurların lüstrasiyasını ehtiva edir. Bu dəyişikliklər fonunda Serbiyanı ciddi araşdırmaların gözlədiyi və Rusiyanın ölkədəki təsir mexanizmlərinin Üzə çıxa biləcəyi ehtimal olunur.
AzadAzərbaycan xəbər verir ki, baş verən siyasi dəyişikliklər Avropa və Ukrayna üçün yeni imkanlar açmaqla yanaşı, müəyyən çağırışlar da doğurur. Yeni hakimiyyətin xarici siyasətdə tam Avropa meyilli kurs götürüb-götürməyəcəyini isə zaman göstərəcək.




