
Rusiyada fəaliyyət göstərən casus şəbəkəsi generalların izlənməsində necə iştirak edib
Rusiyada Ukrayna agentlərindən ibarət gizli şəbəkənin fəaliyyəti və onların yüksək rütbəli hərbçilərin izlənilməsindəki rolu açılıb.
Rusiyada Ukrayna agentlərinin gizli şəbəkəsi fəaliyyət göstərir və bu qruplaşmanın fəaliyyəti ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Məlumata görə, məhz həmin agentlərin sayəsində general Fanil Sərvarov 2025-ci ilin dekabrında aradan götürülüb.
"Tomas" adlandırılan bu şəbəkə Rusiyanın ali rütbəli generallarını izləyən təxminən 30 nəfərdən ibarətdir. 2022-ci ildən Polşada yaşayan "Tom"dan əlavə, şəbəkəyə "İvan" adlı digər bir agent də rəhbərlik edir.
Gizli icmanın üzvləri Rusiya Federasiyası, Ukrayna və bir neçə Avropa ölkəsində fəaliyyət göstərirlər. Şəbəkə hərbi hissələr, qərargahlar, həmçinin strateji aviasiya generalları və pilotların yaşayış yerləri barədə məlumatlar toplayır.
Ukrayna kəşfiyyatı bu agentlərlə əməkdaşlıq etdiyini təsdiqləsə də, detalları açıqlamayıb. Həmin şəbəkənin 2024-cü ilin dekabrında general-leytenant İqor Kirilovun aradan götürülməsi və digər əməliyyatlarda iştirak etdiyi ehtimal olunur.




