
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan liderini təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
AzadAzərbaycan xəbər verir ki, dövlət başçısı məktubunda Azərbaycan xalqının şanlı bayramı olan Zəfər Günü münasibətilə ən səmimi arzularını çatdırıb.
Məktubda qeyd olunub ki, Azərbaycan Prezidentinin müdrik siyasəti və Vətən uğrunda göstərilən fədakarlıq sayəsində tarixi ədalət bərpa edilib və ərazi bütövlüyü təmin olunub.
Eyni zamanda, cari ildə Bakı, Daşkənd və Buxarada keçirilən görüşlərin və imzalanan Əbədi Dostluq haqqında Müqavilənin ölkələr arasındakı strateji tərəfdaşlığı yeni mərhələyə qaldırdığı vurğulanıb.




