
Nikol Paşinyan Türkiyəyə səfər edərək COP31 tədbirinə qatılacaq
Redaksiya1 dəq oxu
Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçiriləcək COP31 sammitində iştirak etməyi planlaşdırdığını açıqlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində təşkil olunacaq COP31 iqlim sammitində iştirak etmək niyyətindədir.
Hökumət rəhbəri mətbuat nümayəndələrinin sözügedən beynəlxalq tədbirə qatılıb-qatılmayacağı ilə bağlı sualını cavablandırarkən bu barədə məlumat verib.
Xatırladaq ki, nəzərdə tutulan COP31 konfransının noyabrın 9-dan 20-dək Antalyada keçirilməsi planlaşdırılır.




