
Moskvada Rusiya və Türkiyə XİN başçıları müavinlərinin görüşü olub
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə türkiyəli həmkarı Berris Ekinci arasında Moskvada məsləhətləşmələr keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə türkiyəli həmkarı Berris Ekinci arasında görüş baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, danışıqlar zamanı çoxtərəfli iqtisadi diplomatiyada aktual məsələlər, o cümlədən G20, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Ümumdünya Ticarət Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Tərəflər G20 daxilində koordinasiya məsələlərini, həmçinin Qara dəniz bölgəsinin müstəqil kimliyinin gücləndirilməsi istiqamətində görüləcək işləri nəzərdən keçiriblər.
Görüşün yekununda nazir müavinləri çoxtərəfli iqtisadi forumlarda sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.




