
Moldova ərazisinə PUA düşməsi səbəbindən rusiyalı diplomatı ölkədən qovur
Redaksiya1 dəq oxu
Moldova ərazisində pilotsuz uçuş aparatının aşkar olunmasından sonra Rusiyanın səfirlik əməkdaşı arzuolunmaz şəxs elan edilib.
AzadAzərbaycan xəbər verir ki, Moldova dövləti ölkə ərazisinə pilotsuz uçuş aparatının düşməsi ilə əlaqədar sərt addım atıb.
Respublikanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Telenesti rayonunun Kiştelnitsa kəndində partlayıcı maddə daşıyan PUA yaşayış məntəqəsinin yaxınlığına düşüb.
Bu insidentdən sonra Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarından biri persona non grata ilan edilib və onun ölkədən çıxarılması qərara alınıb.
Moldova XİN baş verən hadisəni və hava məkanının pozulmasını qətiyyətlə pislədiyini bəyan edib.




