
Çin prezidenti Si Cinpinin hakimiyyəti iki əsas müttəfiqə dayanır
Çin lideri Si Cinpin ölkəni idarə edərkən əsasən iki yaxın müttəfiqinə - Li Qianq və Cai Qiyə güvənir.
AzadAzərbaycan xəbər verir ki, Çin prezidenti Si Cinpin iki əsas yaxın müttəfiqinə - Baş nazir Li Qianq və Partiya katibi Cai Qiyə güvənir. Birincisi hökumət və iqtisadi sahəyə cavabdehdir, ikincisi isə Çin Kommunist Partiyasının gündəlik işlərini əlaqələndirir.
Bununla belə, Si onlardan hər ikisinin həddindən artıq səlahiyyət qazanmasının qarşısını alır və dövlət üzərində həlledici nəzarəti əlində saxlayır. Xarici mətbuatda gələcək kadr dəyişiklikləri və mümkün varisliklə bağlı müxtəlif şayiələr yayılsa da, mütəxəssislər bu nəzəriyyələri əsassız hesab edirlər.
Köşə yazarı Denq Yuven qeyd edir ki, əlində nəhəng güc cəmləşdirən bir lider belə bütün dövlət aparatını təkbaşına idarə edə bilməz. Buna görə də Cai Qi daimi olaraq liderin yanındadır və partiya aparatına rəhbərlik edir.
Bununla yanaşı, kadr təyinatları, təhlükəsizlik və ideologiya məsələləri digər etibarlı şəxslərin nəzarətindədir. Li Qianqın isə öz növbəsində müstəqil inzibati aparat olan Dövlət Şurası mövcuddur.
Mövcud sistemin növbəti ciddi sınağının 2027-ci ildə Çin Kommunist Partiyası Konqresində olacağı gözlənilir. Həmin dövrə qədər hər iki rəsmək təqaüd yaşına çatacaq və onların gələcək taleyi ilə bağlı müxtəlif senarilər müzakirə olunur.




