
Misli Premyer Liqasında XI turun növbəti matçları keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XI turun növbəti iki qarşılaşması baş tutacaq.
Azərbaycan Premyer Liqasında XI turun növbəti oyunları bu gün azarkeşlərlə görüşə gələcək. Günün ilk matçında turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar üz-üzə gələcəklər.
SOCAR Polymer Arena-da baş tutacaq qarşılaşmada "Şəfa" və "Araz-Naxçıvan" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Cari mövsüm hələlik qələbə sevinci yaşamayan Naxçıvan təmsilçisi ilk uğurunu qazanmağa çalışacaq, paytaxt klubu isə yaxın izləyicisini üstələyərək mövqeyini möhkəmlətmək niyyətindədir. Görüş saat 16:00-da start götürəcək.
Günün digər qarşılaşmasında isə "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək bu matç saat 18:30-da başlayacaq. Hazırda turnir cədvəlində "Zirə" 16 xalla altıncı, "Qəbələ" isə 8 xalla onuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i eyni hər hesabla - 1:0 məğlub etməyi bacarıb.




