
Mərhum aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı yeni iddia
Psixoloq Samirə Bağırova mərhum aktrisa Çimnaz Sultanovanın estetik əməliyyatlardan asılı olduğunu və bu səbəbdən səhhətində problemlər yarandığını iddia edib.
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə əlaqədar səsləndirilən fikirlər ictimaiyyətdə yenidən geniş müzakirələrə yol açıb.
AzadAzərbaycan xəbər verir ki, psixoloq Samirə Bağırova sənətkarın tez-tez estetik müdaxilələrə müraciət etdiyini iddia edərək diqqətçəkən açıqlamalar verib.
Onun sözlərinə görə, aktrisanın plastik əməliyyatlara qarşı asılılığı olub və o, bu prosedurların qurbanına çevrilib.
Samirə Bağırova qeyd edib ki, belə müdaxilələrin sıx şəkildə edilməsi sonradan dəridə xərçəng xəstəliyinin yaranmasına səbəb olub.
Sözügedən açıqlama sosial şəbəkələrdə və izləyicilər arasında müxtəlif reaksiyalara və müzakirələrə səbəb olub.




