
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izlədi
Redaksiya1 dəq oxu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Zikra: xatirələr gecəsi” səhnə əsəri nümayiş olunub.
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası təqdim edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri bu mədəni tədbiri izləyiblər.
Səudiyyə Ərəbistanının Əl-Ula şəhərindəki “Wadi AlFann” məkanının sifarişi ilə hazırlanan səhnə əsəri tanınmış rejissor və xoreoqraf Əkrəm Xanın imzasını daşıyır.
Tamaşada müasir rəqs elementləri ilə klassik hind rəqsinin üslubu birləşdirilib, musiqini isə Aditya Prakaş bəstələyib.




