
Mehmet Günsür həyat yoldaşı ilə bağlı tənqidlərə sərt cavab verib
Türkiyəli aktyor Mehmet Günsür italyan rejissor həyat yoldaşı Katerina Mongio ilə bağlı sosial şəbəkələrdə yazılan tənqidi şərhlərə münasibət bildirib.
AzadAzərbaycan xəbər verir ki, "Muhteşem yüzyıl" serialındakı Şahzadə Mustafa rolu ilə tanınan tanınmış aktyor Mehmet Günsür həyat yoldaşı Katerina Mongio ilə bağlı yayılan müzakirələrə son qoyub.
Cütlük son olaraq "Altın Portakal" festivalına qatılıb. Tədbir zamanı Katerinanın ərinə sevgi dolu baxışları kameraların hədəfinə tuş gəlib və bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər həmin kadrlardan sonra tənqidi şərhlər yazıblar.
Mehmet Günsür növbəti tədbirlərin birində jurnalistlərin suallarını cavablandırarkən bu rəylərə əhəmiyyət vermədiyini açıqlayıb. Aktyor bildirib ki, yazılanların heç bir önəmi yoxdur və hər kəs istədiyi fikri səsləndirməkdə sərbəstdir.
Qeyd edək ki, 20 ildir evli olan Mehmet Günsür və Katerina Mongio cütlüyünün Ali, Maya və Kloe adında üç övladı var.




