
Lionel Messi Kriştianu Ronaldoya görə dünya mediasında tənqid hədəfi olub
Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun milli komandadaki karyerasını bitirdiyini açıqlamasından sonra Lionel Messi ünvanına tənqidlər alıb.
Dünyaca məşhur argentinalı futbolçu Lionel Messi son günlər sosial şəbəkələrdə və idman mediasında kəskin tənqidlərlə üzləşib. Buna səbəb onun əzəli rəqibi Kriştianu Ronaldonun portuqaliyalıların heyətindəki çıxışını başa vurduğunu açıqlamasından sonra hər hansı reaksiya bildirməməsidir.
Xatırladaq ki, daha əvvəl Lionel Messi milli komandadan ayrıldığı dövrdə Kriştianu Ronaldo onun paylaşımına rəsmi şərh yazaraq dəstəyini ifadə etmişdi. Lakin portuqaliyalı hücumçunun karyerasında oxşar mərhələ yaşandığı zaman argentinalı ulduzun eyni addımı atmaması azarkeşlərin və media nümayəndələrinin narazılığına səbəb olub.
Baş verən bu epizod sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb və iki futbol əfsanəsinin münasibətləri ətrafında yeni spekulyasiyaların yaranmasına təsir göstərib.




