
Kaya Kallas G20 toplantısında Lavrovun yalan danışdığını bildirib
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas G20 görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Ukrayna müharibəsi ilə bağlı yalanlar səsləndirməkdə ittiham edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 30-da ABŞ-nin Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Kremlin Kiyevə münasibətdə mövqeyinin yumşaldılmasına dair heç bir əlamət göstərməyib.
AzadAzərbaycan xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas danışıqlar masasında kəskin fikir ayrılıqlarının yarandığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya rəsmisi ukraynadakı müharibə ilə bağlı çoxsaylı yalan rəvayətlər irəli sürüb.
Görüş zamanı Avropa rəsmiləri Moskvanın Qara dənizdə atəşkəsə razılıq verməsi üçün təzyiqləri artırmağa çalışıblar. Diplomatik mənbələrin məlumatına görə, Lavrov tədbirdə kifayət qədər təxribatçı davranışlar sərgiləyib və avropalıları tənqid edib.
Baş verən fikir ayrılıqları və bəzi Avropa rəsmilərinin etirazları səbəbindən bu il G20 nazirlərinin ənənəvi birgə fotosessiyası baş tutmayıb. Amerikalı rəsmilər fotosessiyanın diqqəti yayındıran manevrə çevrilməməsi üçün ləğv edildiyini açıqlayıblar.




