
İran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanla regional təhlükəsizliyi müzakirə edib
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi regional ölkələrlə keçirilən son görüşlər və İsrailin təcavüzü barədə bəyanat verib.
AzadAzərbaycan xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi region ölkələrinin nümayəndələri ilə keçirilən son görüşlərin detallarını açıqlayıb. Onun sözlərinə görə, tərəflər gələcək planları müzakirə edərək İsrailin fəaliyyətinə karşı qətiyyətli mövqe nümayiş etdiriblər.
Rzayi bildirib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri İsrailin öz təcavüzkar addımlarını digər müsəlman dövlətlərinə də yaymaq niyyətində olduğu barədə xəbərdarlıq ediblər.
Şura katibi həmçinin vurğulayıb ki, gələcəkdə yeni müharibələr baş verəcəyi təqdirdə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) qalacağına zəmanət verilmir. O, mümkün müharibə şəraitində cavabın sərt olacağını və ABŞ-ın cəzalandırılacağını qeyd edib.




