
İradə İbrahimova Namiq Qaraçuxurlunun duet təklifindən nə üçün imtina edib
Müğənni İradə İbrahimova illər əvvəl meyxanaçı Namiq Qaraçuxurlunun duet təklifinə niyə yox dediyinin səbəbini açıqlayıb.
Müğənni İradə İbrahimova meyxanaçı Namiq Qaraçuxurlunun keçmişdə ona ünvanladığı duet təklifinə niyə etiraz etdiyini izah edib.
AzadAzərbaycan xəbər verir ki, sənətçi qatıldığı verilişlərdən birində həmin dövrdə estradada yeni addımlar atdığını və özünü təsdiqləməyə çalışdığını bildirib. O, belə bir addımın o zaman üçün riskli olduğunu vurğulayıb.
İbrahimova aparıcının "İndi duet oxuyarsan" sualına isə "İndi də etməzdim. Böyük cəsarətdir" cavabını verib.
Xatırladaq ki, illər əvvəl Namiq Qaraçuxurlu "Cavanlıq səhvi" mahnısını birlikdə ifa etməyi İradə İbrahimovaya təklif etmişdi.




