
İlham Əliyev Əlcəzair Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin İnqilab Günü münasibətilə ölkə rəhbəri Abdelmacid Tebbuna təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda iki ölkə arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev qardaş xalqların mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrin daha da genişləndiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyinə inamını bildirib.
Azərbaycan rəhbəri əlamətdar gün münasibətilə Əlcəzair Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, qardaş Əlcəzair xalqına isə daimi əmin-amanlıq və firavanlıq diləyib.




