
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
Redaksiya1 dəq oxu
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb.
AzadAzərbaycan xəbər verir ki, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
O, məktubunda dövlət başçısına və Azərbaycan xalqına ən səmimi təbriklərini çatdıraraq daimi sülh, rifah və firavanlıq arzularını ifadə edib.
Baş direktor bu mühüm bayramın xalqın əzmkarlığını, birliyini və qətiyyətini əks etdirdiyini, eyni zamanda sülhün və sabitliyin əhəmiyyətini təcəssüm etdirdiyini vurğulayıb.




