
Husilər Yəməndəki prezident sarayı kompleksinə hücum edib
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Yəmənin cənubundakı Əden şəhərində yerləşən "Maaşiq" Prezident Sarayındakı hərbi əməliyyatlar qərargahına hücum edib. "Yəmən silahlı qüvvələri Ədendəki "Maaşiq" Sarayında yerləşən və Səudiyyə Ərəbistanı zabitləri tərəfindən idarə olunan hərbi əməliyyatlar qər
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Yəmənin cənubundakı Əden şəhərində yerləşən "Maaşiq" Prezident Sarayındakı hərbi əməliyyatlar qərargahına hücum edib. "Yəmən silahlı qüvvələri Ədendəki "Maaşiq" Sarayında yerləşən və Səudiyyə Ərəbistanı zabitləri tərəfindən idarə olunan hərbi əməliyyatlar qərargahına, eləcə də onunla əlaqəli silah anbarlarına zərbələr endirib", - məlumatda deyilir.




