
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edəcək
ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff Oslodakı Ukrayna nümayəndələri ilə müzakirələrdən dərhal sonra oktyabrın 21-də Rusiyaya yollanacaq.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Ukrayna təmsilçiləri ilə apardığı danışıqlardan sonra oktyabrın 21-də Rusiyaya səfər edəcək.
Bu barədə Norveçin Baş nazir Yonas Qar Störe məlumat yayıb. Eyni zamanda, Uitkoffun Rusiya səfərinin detalları TASS agentliyinin mənbəsi tərəfindən də təsdiqlənib, lakin görüşün məhz Sankt-Peterburqda baş tutub-tutmayacağı hələlik dəqiqləşməyib.
Xatırladaq ki, səfərqabağı Stiv Uitkoff və Kuşner Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə bir araya gələrək fikir mübadiləsi aparıblar.




