
Hollywood ulduzu Dueyn Conson yeni filmdə tamamilə fərqli obrazda
Tanınmış aktyor Dueyn Conson yeni kinotelayihədə gözlənilməz və qeyri-adi obrazda kamera qarşısına keçib.
AzadAzərbaycan xəbər verir ki, məşhur aktyor Dueyn Conson karyerasında tamamilə fərqli bir rola imza atmağa hazırlaşır.
O, rejissor Benni Safdi ilə yenidən əməkdaşlıq edərək "Lizard Music" filmində "Toyuq Adam" ləqəbli 75 yaşlı qəribə bir kişini canlandıracaq.
Ekran əsərinin süjeti gənc Teo Klark Leberin gecə saatlarında kərtənkələlərin musiqi ifa etdiyi qeyri-adi televiziya yayımını kəşf etməsi və baş verən maraqlı macəralardan bəhs edir.
Nyu-Yorkdakı çəkiliş meydançasında ağır makiyaj və xüsusi protezlərdən istifadə edən məşhur aktyor tamamilə tanınmaz hala düşüb və görkəmi ilə hər kəsi təəccübləndirib.




