
Əməkdar artist Elnarə Abdullayevanın nəvəsi üçün hazırlatdırdığı xonçalar marağa səbəb olub
Redaksiya1 dəq oxu
Məşhur xanəndə Elnarə Abdullayeva yeni dünyaya gələn nəvəsi üçün təmtəraqlı xonçalar hazırlatdırıb.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Elnarə Abdullayevanın nəvəsi üçün sifariş etdiyi xonçalar sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Sənətçinin qızı Xədicə ötən gün xəstəxanadan evə buraxılıb. Yeni valideyn olan Xədicə və Cavid cütlüyünün oğluna Cəlal adı verilib.
Xarıbülbül və digər adət-ənənələrə uyğun bəzədilən xonçalar tədbir iştirakçılarının və izləyicilərin diqqətini çəkib.




