
Əli Kərimli və Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayır
Redaksiya1 dəq oxu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesinə start verilir.
AzadAzərbaycan xəbər verir ki, araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Vüqar Quliyevin sədrliyi ilə həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən şəxslərin işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən araşdırılıb və onlara Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.




