
Ekspertlərdən xəbərdarlıq: 2031-ci ilə qədər kosmosda müharibə başlaya bilər
London Kral Kollecinin mütəxəssisləri yaxın illərdə kosmosda münaqişə ehtiyacının artığını və bunun bəşəriyyəti ötən əsrlərə qaytara biləcəyini açıqlayıblar.
Mütəxəssislərin proqnozlarına əsasən, 2031-ci ilə qədər kosmosda hərbi qarşıdurmanın yaşanması ehtimalı yüksəkdir və belə bir ssenari reallaşarsa, dünya yenidən XIX əsrin şəraitinə qayıda bilər.
London Kral Kollecinin Friman adına Aviasiya və Kosmonavtika İnstitutunun həmsədri, doktor Culiya Balm bildirib ki, orbitdəki aparatların sayının sürətlə çoxalması və onların texniki imkanlarının genişlənməsi yaxın beş il ərzində ciddi münaqişəyə səbəb ola bilər.
Onun sözlərinə görə, peyklərin sıradan çıxarılması təkcə hərbi əməliyyatlara mənfi təsir göstərməyəcək, həm də dövlətlərin həyati vacib infrastrukturunu tamamilə iflic edəcək.
Britaniya Xarici Siyasət Araşdırmaları İnstitutu isə xəbərdarlıq edib ki, kosmosda mümkün nüvə partlayışı radiasiya dalğaları yaradaraq peyklərə sağalmaz zərər vurub orbiti tamamilə istifadəyə yararsız hala sala bilər.
Analitiklər həmçinin Rusiyanın orbitdəki peykləri kütləvi şəkildə sıradan çıxarmaq potensialını nəzərdən keçirdiyini və daha əvvəl müvafiq kosmik aparatları orbitə buraxdığını iddia edirlər.




