
Donald Tramp aralıq seçkilərlə bağlı mühüm açıqlama verib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər demokratlar Konqresdə çoxluq qazansalar, o, qanun layihələrinə veto qoyacaq.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qarşıdakı aralıq seçkilərdə demokratların Konqresin hər hansı palatasında üstünlük əldə edəcəyi təqdirdə "cənab veto" rolunu oynayacağını bildirib.
O, bu barədə "Nyu York Post" qəzetinin "Pod Force One" podkastına müsahibəsində danışaraq rəqiblərinin möhkəmlənməsinə imkan verməyəcəyini və sonradan razılaşmalar əldə edəcəyini vurğulayıb.
Ağ Ev rəhbəri demokratların qəbul edəcəyi qanun layihələrinə veto qoymaq niyyətində olduğunu desə də, əslində belə bir ssenarinin gerçəkləşməyəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Birləşmiş Ştatlarda Konqresə aralıq seçkiləri noyabrın 3-də baş tutacaq.




