
Daş Salnamə Muzeyində rəssamların yeni layihələri təqdim olunub
Daş Salnamə Muzeyində Orxan Nəbizadənin və Elvin Nəbizadənin müəllifi olduğu fərdi layihələrin təqdimat mərasimi keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Daş Salnamə Muzeyində rəssam və heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş”, həmçinin Elvin Nəbizadənin “Məsuliyyət radiusu” adlı layihələri sənətsevərlərin ixtiyarına verilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da iştirak ediblər.
“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü rəsmlərindən ilhamlanaraq yaradılıb. Buradakı heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı əksini tapıb.
“Məsuliyyət radiusu” layihəsində isə bəşər övladının vəhşi təbiətə olan münasibəti interaktiv formatda nümayiş etdirilib.




