
Ceyms Devid Vensdən Ukraynanın peyk sisteminə çıxışı ilə bağlı açıqlama
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukraynanın "Starshield" sisteminə çıxışının İlon Maskdan deyil, Vaşinqtonun mövqeyindən asılı olduğunu bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ukraynanın "Starshield" peyk sisteminə çıxış məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Bu barədə danışan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens əsas diqqətin İlon Maska deyil, rəsmi Vaşinqtonun mövqeyinə yönəlməli olduğunu qeyd edib.
Vens vurğulayıb ki, İlon Mask özəl şirkətə rəhbərlik edir və sahibkarın iki ölkə arasındakı münaqişəyə birbaşa müdaxilə etmək istəməməsi tamamilə başadüşüləndir.
Vitse-prezident əlavə edib ki, mövcud vəziyyətdə həlledici amil ABŞ-ın Rusiya və Ukrayna münasibətlərinə yanaşması və ümumi siyasətidir.




