
Çalıkuşu serialının balaca Fəridəsi illər sonra gündəmə gəldi
Türkiyənin məşhur Çalıkuşu serialında uşaq yaşlarında Fəridə obrazını canlandıran Esra Erbilişik illər sonra yenidən diqqət mərkəzindədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən sayılan Çalıkuşu ekran əsərində balaca Fəridə rolunu oynayan Esra Erbilişik uzun illər sonra yenidən izləyicilərin diqqətini çəkib.
Uşaq yaşlarından aktrisalıq bacarığı ilə yadda qalan Esra Erbilişik həmin dövrdə tamaşaçıların rəğbətini qazanmağa müvəffəq olub. O, Çalıkuşu ilə bərabər, Tele Kızlar serialında və məşhur müğənni Emrahın baş rolda çəkildiyi Ayrılamam filmində də iştirak edib.
Erkən yaşlarından kamera qarşısına çıxan keçmiş uşaq aktrisanın illər əvvəlki rolları izləyicilərdə nostalji əhval-ruhiyyə yaradıb. Xüsusilə həmin ekran işini sevərək izləyənlər üçün balaca Fəridənin xatirəsi bu gün də yaddaşlarda yaşayır.




