
Azərbaycan ilə Latviya arasında konsulluq məsləhətləşmələri olub
Riqada Azərbaycan və Latviya xarici işlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə konsulluq məsləhətləşmələri baş tutub.
Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan ilə bu ölkə arasında növbəti konsulluq məsləhətləşmələri təşkil olunub.
Azərbaycanın səfiri Nərminə Mustafayeva sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, görüşdə hər iki dövlətin Xarici İşlər Nazirliklərinin və aidiyyəti qurumlarının təmsilçiləri iştirak ediblər.
Danışıqlar zamanı tərəflər konsulluq sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətlərini, qarşılıqlı təcrübə mübadiləsini və gələcək praktiki əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Səona göstərilən səmimi qonaqpərvərliyə və konstruktiv ab-havada keçən müzakirələrə görə latviyalı tərəfdaşlara minnətdarlıq ifadə olunub.




