
Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiq edilib
Prezident İlham Əliyev Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiqlənməsi barədə qanunu imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiqlənməsini nəzərdə tutan yeni qanun layihəsini imzalayıb.
AzadAzərbaycan xəbər verir ki, qəbul edilən sənədə əsasən, 2001-ci il noyabrın 8-də qəbul edilmiş sözügedən İkinci Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərti nəzərə alınmaqla rəsmən təsdiq olunub.
Bu addım beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində cinayət işləri üzrə qarşılıqlı yardım mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.




