
Avropa Birliyi Çindən gələn bütün bağlamalara yeni rüsum tətbiq edir
Avropa Birliyi Çindən daxil olan bütün bağlamalar üçün 2 avro məbləğində yeni rüsumun tətbiqinə başlayıb.
AzadAzərbaycan xəbər verir ki, Çindən ucuz idxalın kəskin artması fonunda Avropa Birliyi bazarına daxil olan bütün bağlamalar üçün 2 avro (3 manat 80 qəpik) rüsum almağa başlayıb.
Yeni tədbir Avropa gömrük xidmətlərinin artan sayda göndərişlərin emalı və nəzarəti ilə bağlı xərclərini ödəməyi hədəfləyir. Ödəniş dəyərindən asılı olmayaraq bütün bağlamalara şamil ediləcək və ticarət platformaları, satıcılar və ya daşıyıcılar tərəfindən ödəniləcək.
Toplanan gəlirin 75 faizi AB büdcəsinə yönəldiləcək, qalan hissəsi isə birlik ölkələrində qalacaq. Yeni rüsum dəyəri 150 avrodan az olan kiçik bağlamalar üçün mövcud gömrük rüsumuna əlavə olaraq tətbiq olunur.
Statistikaya görə, hər gün Çindən təxminən 5 milyon bağlama AB bazarına daxil olur və bu da Avropa pərakəndə satıcıları üçün ciddi rəqabət yaradır. Brüssel həmçinin standartlara cavab verməyən məhsullara qarşı nəzarəti sərtləşdirib.




