
Arka Sokaklar serialı bağlanıb: Mesut komiser məsələyə aydınlıq gətirdi
Türkiyənin uzunömürlü serialı Arka Sokaklar fəaliyyətini tamamilə dayandırıb. Layihənin tanınmış aktyoru Şevket Çoruh ekran işinin davam etməyəcəyini bildirib.
Türkiyə televiziya tarixinin ən uzunömürlü layihələrindən biri olan Arka Sokaklar serialı ekran həyatına son qoyub.
Ekran işində Mesut komiser obrazı ilə tamaşaçı sevgisi qazanan tanınmış aktyor Şevket Çoruh layihənin gələcəyi barədə yayılan sualları cavablandırıb. O, son açıqlamasında serialın artıq başa çatdığını vurğulayıb.
Aktyorun sözlərinə görə, 751-ci epizod ekran işinin sonuncu seriyası olub və layihənin yenidən çəkilməsi, yaxud davam etdirilməsi nəzərdə tutulmur. Qeyd edək ki, sözügedən bölüm əvvəlcə mövsüm finalı kimi təqdim olunsa da, son açıqlama ilə serialın 20 illik tarixinə nöqtə qoyulduğu dəqiqləşib.




