
Ankara Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyünə qəti şəkildə yox dedi
Türkiyə rəsmiləri Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasının mümkün olmadığını bildirərək səbəbləri açıqlayıblar.
AzadAzərbaycan xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına daxil edilməsi təklifinə Ankaradan sərt və birmənalı reaksiya gəlib.
Politoloq Elxan Şahinoğlunun şərhinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu ölkənin bu quruma üzvlüyünün qeyri-mümkün olduğunu vurğulayıb.
Zorlu qeyd edib ki, hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzv olması və ya müşahidəçi statusu qazanması üçün onun rəsmi dili türk dillərindən biri olmalıdır və Rusiya bu tələbə cavab vermir.
Eyni zamanda, Türkiyə rəsmisi xatırladıb ki, Rusiya Federasiyası 2015-ci ildə qəbul etdiyi qərarla öz tərkibindəki türksoylu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurmuşdu.




