
Angela Merkelin Almaniyanın prezidenti postuna namizədliyi irəli sürülə bilər
Almaniyanın Xristian-Demokrat İttifaqı sabiq kansler Angela Merkelin ölkənin yeni prezidentini seçəcək Federal Məclisə namizədliyini nəzərdən keçirir.
Almaniyanın Xristian-Demokrat İttifaqı 2027-ci ilin əvvəlində ölkənin yeni prezidentini müəyyən edəcək Federal Məclisə sabiq kansler Angela Merkelin namizədliyini təqdim etməyi planlaşdırır.
Bu barədə Şlezviq-Holşteyn parlamentindəki XDİ fraksiyasının rəhbəri Tobias Kox məlumat verib. Merkella bərabər, bu siyahıya təhsil naziri Karin Prien, federal torpağın baş naziri Daniel Günter və idmançı Patrik Vintsek də daxil edilib.
Almaniyanın gələcək dövlət başçısı 2027-ci il yanvarın 30-da seçiləcək. Hazırkı prezident Frank-Valter Ştaynmayer qanunvericiliyin tələblərinə əsasən üçüncü müddətə namizəd ola bilmədiyi üçün səlahiyyət müddətini başa vuraq.
Xatırladaq ki, Angela Merkel 2005-2021-ci illərdə Almaniyanın federal kansleri vəzifəsini icra edib və 16 il ərzində hökumətə rəhbərlik edib.




