
Aktrisa Deniz Baysaldan ayrılıqla bağlı diqqətçəkən sözlər
Məşhur aktrisa Deniz Baysal qatıldığı proqramda şəxsi həyatı və insanlarla münasibətlərini sonlandırmaq qərarı haqqında danışıb.
"Taşacak Bu Deniz" serialında Esme obrazını canlandıran tanınmış aktrisa Deniz Baysal şəxsi həyatı ilə bağlı verdiyi son açıqlamaları ilə gündəmə gəlib.
AzadAzərbaycan xəbər verir ki, "AB Talks" layihəsində qonaq olan aktrisa insanlarla münasibət qurmaq tərzindən və həyatında qəbul etdiyi mühüm qərarlardan söz açıb. O bildirib ki, biri ilə yollarını ayırmağa qərar verdikdə geri dönüşə heç bir imkan saxlamır və həmin insanı həyatından birdəfəlik uzaqlaşdırır.
Deniz Baysalın Barış Yurtçu ilə boşanmasından sonra səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirə olunub. Aktrisanın bu kəskin sözlərinin keçmiş həyat yoldaşına ünvanlandığı ehtimal edilir.




