
ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzatdı
ABŞ prezidenti Donald İran ilə əlaqədar fövqəladə vəziyyət rejiminin və sanksiyaların müddətini bir il müddətinə artırıb.
ABŞ lideri Donald Tramp İrana qarşı birtərəfli məhdudiyyətləri ehtiva edən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzatmaq qərarına gəlib.
Federal Reyestrdə yayımlanan rəsmi açıqlamada bildirilir ki, Vaşinqtonun Tehranla əlaqələri hələ də tam bərpa olunmayıb və 1981-ci il yanvarın 19-da qəbul edilən Əlcəzair sazişlərinin icrası hələ də davam edir.
Bununla əlaqədar olaraq, 1979-cu il noyabrın 14-də elan olunmuş fövqəladə hal rejimi və İrana qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər 2026-cı il noyabrın 14-dən sonra da qüvvədə qalacaq.
Xatırladaq ki, amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq sabiq prezident Cimmi Karter tərəfindən tətbiq edilən sanksiyalar çərçivəsində İranın rəsmi aktivləri dondurulmuş, diplomatik əlaqələr kəsilmiş və müxtəlif ixracat qadağaları qoyulmuşdu.




