
Zaur Rzayevin vəziyyəti ağırdır
Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib. Bildirilib ki, 74 yaşlı sənətçi ötən gün saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib: "Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin olunub. Hazırda pasiyentin müalicəsi
Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib. Bildirilib ki, 74 yaşlı sənətçi ötən gün saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib: "Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin olunub. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir". Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmiş, ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sənətçi daha sonra evə buraxılmışdı. Ailəsindən verilən məlumatda onun müalicəsinin evdə davam etdirildiyi bildirilmişdi.




