
Ukrayna üç gündə Rusiyanın neft emalı gücünün 10 faizini sıradan çıxarıb
Redaksiya1 dəq oxu
Ukrayna tərəfindən həyata keçirilən son zərbələr nəticəsində Rusiyanın üç böyük neft emalı zavodunun fəaliyyətinə ciddi zərər dəydiyi bildirilir.
AzadAzərbaycan xəbər verir ki, Ukraynanın son üç gün ərzində endirdiyi zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün təxminən 10 faizi sıradan çıxarılıb.
Açıqlanan məlumatlara görə, söhbət Novokuybışev, "Başneft-Novoyl" və "Nijeqorodnefteorqsintez" neft emalı zavodlarına vurulan zərərdən gedir.
Qeyd olunan müəssisələrin ümumi illik neft emalı gücü 30-33 milyon ton təşkil edir. Bu göstərici Rusiyanın ümumi neft emalı həcminin 10 faizinə bərabərdir.




