
Ukrayna Rusiya ordusunun müharibədəki yeni itki rəqəmlərini açıqladı
Ukrayna Baş Qərargahı müharibənin 1717-ci günü üzrə Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan itkilərini yeniləyib.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna hərbi əməliyyatların 1717-ci günü üçün Rusiya ordusunun cəbhədə verdiyi itkilərin son statistikasını təqdim edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı rəsmi məlumata görə, müharibə başlanandan bəri Rusiya tərəfi 1 601 830 hərbçi itirib.
Bununla yanaşı, döyüş meydanında düşmənin 12 456 tankı, 25 651 zirehli döyüş maşını, 51 956 artilleriya sistemi, 2 254 reaktiv yaylım atəş sistemi və 1 744 hava hücumundan müdafiə sistemi məhv edilib.
Qeyd olunan rəqəmlərə əsasən, Rusiya həmçinin 452 təyyarə, 356 helikopter, 597 616 PUA, 3 085 yerüstü robot-texnika kompleksi və 170 929 ədəd avtomobil texnikası itkiyə məruz qalıb.
Bundan başqa, müharibə dövründə 5 192 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 878 xüsusi avadanlıq sıradan çıxarılıb.




