
Üçqat Olimpiya çempionu küçədə yemək axtarır
Kubada üçqat Olimpiya çempionu, əfsanəvi boksçu Feliks Savonun zibil qutusu yaxınlığında yemək axtardığını əks etdirən video yayılıb. Daha sonra kubalı komediyaçı Limay Blanko keçmiş boksçu ilə görüşünü əks etdirən video yayımlayıb. O, Savona spagetti, düyü, yağ, quru süd, lobya və toyuq əti olan qu
Kubada üçqat Olimpiya çempionu, əfsanəvi boksçu Feliks Savonun zibil qutusu yaxınlığında yemək axtardığını əks etdirən video yayılıb. Daha sonra kubalı komediyaçı Limay Blanko keçmiş boksçu ilə görüşünü əks etdirən video yayımlayıb. O, Savona spagetti, düyü, yağ, quru süd, lobya və toyuq əti olan qutu, həmçinin pul verib. Onlar qucaqlaşıblar. "Bilirəm ki, bir çox insanın bu video xoşuna gəlməyəcək, amma mən bunu xristianlıq naminə edirəm. Bu insanın keçmişdə nə etməsindən asılı olmayaraq, ona kömək edin və həyatınıza davam edin", - Blanko paylaşımında yazıb.




