
Türk klublarının bu gün keçiriləcək matçlarını yayımlayacaq kanallar bəlli oldu
UEFA Avropa Liqası və Konfrans Liqasının növbəti matçları Azərbaycan və Türkiyə televiziya kanalları vasitəsilə canlı nümayiş olunacaq.
UEFA Avropa Liqası və Konfrans Liqasında növbəti oyun günü çərçivəsində baş tutacaq bəzi qarşılaşmaları futbol azarkeşləri Azərbaycan və Türkiyə telekanalları üzərindən canlı izləyə biləcəklər.
Məlumata görə, saat 21:45-də start götürəcək İtaliyanın "Milan" və Macarıstanın "Ferentsvaroş" komandaları arasındakı görüş canlı yayımlanacaq. Paralel olaraq, eyni saatda Türkiyə təmsilçisi "Trabzonspor" öz meydanında Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.
Gecənin maraqla gözlənilən digər qarşılaşması isə saat 00:00-da başlayacaq. Şotlandiyada baş tutacaq görüşdə "Seltik" komandası Türkiyənin "Beşiktaş" klubunu sınağa çəkəcək.




