
Tramp administrasiyasına
ABŞ-də federal hakim Ana C. Reyes Donald Tramp administrasiyasının Vaşinqtonda yerləşən tarixi "Şərq Potomak Qolf Links" meydançasında ağac kəsməsini oktyabrın 26-dək dayandırıb. Hakim həmçinin ərazinin görünüşünü və quruluşunu daimi dəyişdirə biləcək hər hansı iş barədə məhkəməyə ən azı 72 saat əvv
ABŞ-də federal hakim Ana C. Reyes Donald Tramp administrasiyasının Vaşinqtonda yerləşən tarixi "Şərq Potomak Qolf Links" meydançasında ağac kəsməsini oktyabrın 26-dək dayandırıb. Hakim həmçinin ərazinin görünüşünü və quruluşunu daimi dəyişdirə biləcək hər hansı iş barədə məhkəməyə ən azı 72 saat əvvəl məlumat verilməsini tələb edib. O, tarixi qolf meydançasında ağacların sürətlə kəsilməsini Tramp administrasiyasının qaydaları pozmaq cəhdi kimi qiymətləndirib. Hakim administrasiyanı ərazidə işlərin dayandırılması ilə bağlı təkrar müraciətləri nəzərə almamaqda sərt tənqid edib. "Bunun üçün heç bir bəhanə yoxdur", – deyə Reyes bildirib.




