
Tramp ABŞ-da aralıq seçkiləri müşahidə etmək üçün ATƏT-i dəvət etməyib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə aralıq seçkilərini müşahidə etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) dəvət etməyib. "The Hill" nəşrinin məlumatına görə, bu qərar Vaşinqtonun 20 ildən artıq müddətdə əməl etdiyi təcrübədən kənara çıxır. Ağ Evin sözçüsü
ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə aralıq seçkilərini müşahidə etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) dəvət etməyib. "The Hill" nəşrinin məlumatına görə, bu qərar Vaşinqtonun 20 ildən artıq müddətdə əməl etdiyi təcrübədən kənara çıxır. Ağ Evin sözçüsü Loren Biss bildirib ki, seçkilər ABŞ vətəndaşlarının iştirakı və müşahidəsi ilə keçiriləcək.




