
Tehran–İstanbul reysi Təbrizdə məcburi eniş edib
Texniki nasazlıq səbəbilə Tehran–İstanbul reysi bu gün Təbriz hava limanına eniş etməli olub. -nın Mehr xəbər agentliyinə verdiyi məlumata görə, "İran Air Tour" şirkətinin Tehrandan İstanbula uçan, 116 sərnişin daşıyan 9700 saylı reysi texniki nasazlıq səbəbilə bu gün saat 18:00-da Təbriz hava liman
Texniki nasazlıq səbəbilə Tehran–İstanbul reysi bu gün Təbriz hava limanına eniş etməli olub. -nın Mehr xəbər agentliyinə verdiyi məlumata görə, "İran Air Tour" şirkətinin Tehrandan İstanbula uçan, 116 sərnişin daşıyan 9700 saylı reysi texniki nasazlıq səbəbilə bu gün saat 18:00-da Təbriz hava limanına məcburi eniş edib. Məlumata görə, sərnişinlər tranzit zalına rılıb. Texniki nasazlığın aradan qaldırılması və ya əvəzedici reysin təmin edilməsi istiqamətində tədbirlər görülür.




