
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin obyektlərini bombalayıb
Redaksiya1 dəq oxu
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə üsyançı husilərin hərbi potensialına qarşı əməliyyat keçirib.
AzadAzərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki husilərin ballistik raket və PUA potensialını artırmaq üçün istifadə etdikləri hədəflərə qarşı hava zərbələri endirib.
Koalisiya nümayəndəsi, general Turki əl-Maliki bildirib ki, bu addım üsyançıların mülki vətəndaşlara qarşı hücumlarına cavab olaraq və regionun təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Əməliyyat zamanı həmçinin husilər tərəfindən buraxılan bir PUA və bir ballistik raketin zərərsizləşdirildiyi qeyd olunub.




