
Sel fəlakətindən dəhşətli görüntülər
Türkiyənin İstanbul şəhərində güclü leysan son 41 ilin ən yüksək yağıntı göstəricilərindən birinin qeydə alınmasına səbəb olub. Beykoz rayonunda bir kvadratmetrə 242 kiloqram, Eyüpsultanda 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram yağıntı düşüb. Xüsusilə Bosfor ətrafında və Avropa hissəsinin şima
Türkiyənin İstanbul şəhərində güclü leysan son 41 ilin ən yüksək yağıntı göstəricilərindən birinin qeydə alınmasına səbəb olub. Beykoz rayonunda bir kvadratmetrə 242 kiloqram, Eyüpsultanda 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram yağıntı düşüb. Xüsusilə Bosfor ətrafında və Avropa hissəsinin şimal və mərkəzi rayonlarında bu göstərici 100-230 kiloqram arasında dəyişib. Qeydə alınan rəqəmlər 1985-ci ildən bəri ən yüksək göstəricilər sırasındadır. Yağışın fəsadlarının aradan qaldırılması üçün 8392 əməkdaş və 2246 nəqliyyat vasitəsi səfərbər edilib. Saat 23:30-a qədər bələdiyyənin müvafiq qurumlarına 6937 müraciət daxil olub.




