
Səhər qəhvəsinə darçın əlavə etməyin faydaları və hazırlanma qaydası
Səhər qəhvəsinə bir çay qaşığı darçın əlavə etmək şəkər ehtiyacını azaldır, qan şəkərini tənzimləyir və arıqlamağa dəstək olur.
Səhər içkilərini daha faydalı etmək və şəkərdən imtina etmək istəyənlər üçün darçınlı türk qəhvəsi ideal seçimdir. Cəmi üç sadə ərzaqla hazırlanan bu içki maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyənlərin də tez-tez seçdiyi vasitələrdəndir.
AzadAzərbaycan xəbər verir ki, bu faydalı qəhvəni hazırlamaq üçün bir fincan suya bir çay qaşığı türk qəhvəsi və eyni miqdarda darçın əlavə etmək lazımdır. Bütün məhsulları qazana tökərək qarışdırmaq və zəif odda köpüklənənə qədər bişirmək kifayətdir. Darçın içkiyə təbii şirinlik qataraq əlavə şəkər ehtiyacını minimuma endirir.
Mütəxəssislər bildirirlər ki, güclü antioksidant mənbəyi olan darçın bədəni oksidativ stresdən qoruyur. Eyni zamanda qan şəkərini və xolesterolu tənzimləyir, toxluq hissəsini artırır və tərkibindəki kalium, kalsium, manqan və dəmir kimi minerallarla sağlamlığa müsbət təsir göstərir.
Bununla belə, darçının təkbaşına möcüzəvi şəkildə piy əritmədiyi də vurğulanır. Sağlam şəkildə arıqlamaq üçün əsas şərtlərin balanslı qidalanma və mütəzəm fiziki hərəkətlilik olduğu hər zaman nəzərdə saxlanılmalıdır.




