
Saleh Səmədova hökm oxundu
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında dövlət rüsumunun tam ödənildiyini deyib. Bunu təsdiq edən sənədi
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında dövlət rüsumunun tam ödənildiyini deyib. Bunu təsdiq edən sənədi məhkəməyə təqdim edib. Müdafiəçi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini istəyib. Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməməsini və ona 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını tələb edib.




