
Report İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür
"Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyinin yaranmasından 12 il keçir.
AzadAzərbaycan xəbər verir ki, "Global Media Group"un tərkib hissəsi olan "Report" İnformasiya Agentliyi onlayn media sahəsində fəaliyyətinə 2014-cü ildə başlayıb və artıq 12 ildir ki, fəaliyyətini uğurla davam etdirir.
Azərbaycan, rus və ingilis dillərində yayımlanan agentlik ötən müddət ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman və mədəniyyət başda olmaqla müxtəlif sahələrdə baş verən mühüm yenilikləri operativ şəkildə oxucularına çatdıraraq böyük auditoriya qazanıb.
İlk vaxtlardan eksklüziv xəbər istehsalına üstünlük verən media qurumu həm yerli, həm də xarici nüfuzlu kütləvi informasiya vasitələri üçün etibarlı istinad mənbəyinə çevrilib.
Agentliyin ölkə daxilindəki regional strukturları ilə yanaşı, Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, eləcə də Avropa İttifaqı və Balkan ölkələrində xüsusi müxbir postları fəaliyyət göstərir.




