
Qəzada maşında sıxılı qalan oğlan belə xilas edildi
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və 19 yaşlı oğlan avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Changan" markalı minik avtomobili və "ZİL" markalı yük avtomobilinin iştirakı ilə qəza baş verdiyi və vətəndaşın d
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və 19 yaşlı oğlan avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Changan" markalı minik avtomobili və "ZİL" markalı yük avtomobilinin iştirakı ilə qəza baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.




